Kişi arvadına hədiyyə etdiyi çantaya görə cinayət məsuliyyətinə CƏLB EDİLDİ – FOTObackend

Kişi arvadına hədiyyə etdiyi çantaya görə cinayət məsuliyyətinə CƏLB EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada həyat yoldaşına timsah başı olan çanta hədiyyə edən ukraynalıya qarşı cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, Düsseldorf hava limanında gömrükçülər Moldovadan gələn 65 yaşlı Ukrayna vətəndaşını saxlayıblar.

O, baqajını bəyan etmədən “yaşıl” dəhlizlə keçməyə cəhd edib. Baxış zamanı onlar timsah dərisindən hazırlanmış – başı və pəncələri olan çanta aşkar ediblər.

Sərnişinin sözlərinə görə, bu, həyat yoldaşına hədiyyə olub.

Belə suvenir gömrükçülərin şübhələrinə səbəb olub: xarici görünüşünə görə onun hansı dəri olduğunu dərhal müəyyən etmək mümkün olmayıb. Çanta müsadirə edilib, kişi isə sərbəst buraxılıb.

Düsseldorfdan olan mütəxəssislər sonradan təsdiq ediblər ki, aksessuar hind bataqlıq timsahının dərisindən hazırlanıb və ciddi mühafizə altında olan növdür.

Belə məhsulların Almaniyaya idxalı qadağandır. Gömrük ətraf mühitin mühafizəsi haqqında qanunu pozduğuna görə həmin şəxsə qarşı cinayət işi açıb.

Çanta Federal Ətraf Mühitin Mühafizəsi Agentliyinə təhvil veriləcək.

Agentlik səyahət edənləri malların idxalı qaydaları ilə əvvəlcədən tanış olmağa çağırıb.

“Suvenirlər və hədiyyələr yaxşıdır, lakin qorunan heyvanlardan hazırlanmış əşyalara gəldikdə, əyləncə bizim üçün sona çatır”, – agentlikdən bildirilib.

Xuraman Etibarlı

İnterpress.az