Kareliya sakininin asqırarkən boğazı cırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kareliyadan olan kişi asqırmaq istəyini saxlayarkən boğazı yırtılıb.
“34 yaşlı kişi udqunma zamanı kəskin ağrı və səsində dəyişiklik şikayəti ilə xəstəxanaya müraciət edib.
O, həkimlərə bildirib ki, bu əlamətlər barmaqları ilə burun dəliklərini sıxaraq asqırmaq istəyini cilovlamağa çalışdıqdan sonra yaranıb. Kişi bunu bacarmayıb, asqırdıqdan sonra vətəndaş boynunun şişdiyini aşkar edib”, – məlumatda deyilir.
Mütəxəssislər qida borusunun kortəbii qopması diaqnozunu qoyublar:
“Asqırmağı dayandırmaq üçün ağzınızı və burnunuzu çimdikləmək kimi bu praktika təhlükəlidir və edilməməlidir. Belə manevrin mümkün nəticələrinə mediastinal amfizem, qulaq pərdəsinin perforasiyası və hətta beyin damarının yırtılması daxildir”.
Xuraman Etibarlı
İnterpress.az