İranlıya ‘İsrailə casusluq’ ittihamı ilə verilən ölüm hökmü qüvvədə qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.
İranın Ali Məhkəməsi nüvə fizikası alimi Möhsün Fəxrizadəni öldürmək üçün “İsrailə casusluq etmək” və “avadanlığı ötürmək”də ittiham olunan məhbus Azad Şocainin edam hökmünü qüvvədə saxlayıb.
Ədliyyə sözçüsü iş üzrə daha 3 nəfərin edam cəzasına məhkum edildiyini açıqlayıb.
Möhsün Fəxrizadə nüvə fizikası və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvü, İslam Respublikasının Müdafiə Nazirliyində çalışıb.
“İranın nüvə proqramının atası” hesab edilir. O, 27 noyabr 2020-ci ildə öldürülüb.
Xuraman Etibarlı
İnterpress.az