30 övladı olan kişiyə “Qəhrəman Ata” adı VERİLDİ – FOTObackend

30 övladı olan kişiyə “Qəhrəman Ata” adı VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leninqrad vilayətindən olan bir adam “Qəhrəman Ata” adına layiq görülüb. Onun 30 övladı var.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Leninqrad vilayətində Koltuşi şəhərinin 58 yaşlı rəhbəri Eduard Çirko 30-dan çox uşaq dünyaya gətirdikdən sonra “Qəhrəman Ata” adını alıb.

Çirko rəsmi olaraq 31 uşaq atası kimi qeydə alınıb. Onlardan biri övladlığa götürülüb, 30-u biolojidir – 16 oğlan və 14 qız.

Özü də etiraf edib ki, 42 yaşına qədər uşaq sahibi olmaq haqda düşünməyib.

O, ilk dəfə 42 yaşında ata olub – cəmi 16 il ərzində 30 uşağı dünyaya gəlib. Rəsmi olaraq, o, bir qadınla evlidir, lakin neçə qadının övladı olduğu açıqlanmır.

Mer 30 ildən artıqdır ki, həyat yoldaşı ilə evli olduğunu deyib. Kişinin ilk qızı ondan dünyaya gəlib.

Çirko bütün uşaqları və analarını maddi cəhətdən təmin etdiyini də bildirib. Həmçinin, nəsil böyüdükcə Koltuşi rəhbəri onları mənzillə təmin etməyi planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az