Suriyadan Livana aparılan qaçaqmal silah ƏLƏ KEÇİRİLDİ – FOTOLARbackend

Suriyadan Livana aparılan qaçaqmal silah ƏLƏ KEÇİRİLDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadan Livana qaçaqmalçılıq yolu ilə silahların aparılması dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya DİN məlumat yayıb.

Suriyanın qərbindəki Homs əyalətinin Quseyr şəhərinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Livana gedən qaçaq silah partiyası olan yük maşını saxlayıb.

Ölkənin Daxili İşlər Nazirliyi avtomobildə tank əleyhinə idarə olunan raketlərin və 30 mm-lik mərmilərin olduğunu bildirib.

Silahlar müsadirə edilib, yük maşınının sürücüsü saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az