Tərkib:
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd baş soğan
3 st. toyuq bulyonu
20 qr zeytun yağı
1 diş sarımsaq
10 qr qaymaq
2 ədəd kök
Duz, istiot
Hazırlanması:
Soğan xırda, kök halqavarı doğranıb yağda qızardılır. Üzərinə xırda doğranmış bibər və sarımsaq əlavə edilib qovrulur. Qovrulan tərəvəzlərin üzərinə bulyon tökülüb bişirilir. Bişmiş şorba blenderdən keçirilir, üzərinə duz, istiot səpilib qarışdırılır. Şorba kasaya tökülür, üzərinə qaymaq gəzdirilib süfrəyə verilir.
İnterpress.az