Oğrular evi dağıtmayıblarbackend

Oğrular evi dağıtmayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evdən oğurluq edilib. Oğurluq hadisəsi Yeni ramana qəsəbəsi, Dmitrov 12/2 ünvanında qeydə alınıb. Ev sahibi, 35 yaşlı Bəhruz Həsənov övladlarının idman yarışında qələbə qazanmasını qeyd etmək üçün ailəsi ilə birlikdə şəhərə gəzməyə gedib. Bundan istifadə edən oğrular isə mənzilə daxil olublar. Gecə saatlarında evə qayıdan Bəhruz Həsənov mənzilindən oğurluq edildiyinin görüb. Zərərçəkən dərhal polisə xəbər verib. Hadisə yerinə gələn əməliyyatçılar ilkin olaraq oğruların evə açarseçmə üsulu ilə daxil olduğu qənaətinə gəliblər.

Bəhruz Həsənov – ev sahibi: \”Evini qapısı qoyub getdiyimiz kimi, bağlı vəziyyətdə idi. Bircə 3-cü mərtəbədə \”reşotka\” yoxdur, fikirləşirik ki, oradan girə bilərlər evə. Yaxud kimsə nə baxtsa açarı götürüb, üzünü çıxarıb, gəlib açarla girib. İz itirmək üçün o hərəkətləri edib. Adam heç nə deyə bilmir, qalır belə. Fikirləşirsən ki, kim, necə, haradan girə bilər\”.

Polis əməkdaşlarını şübhələndirən digər məqam isə evin dağınıq olmamasıdır. Belə ki, mənzilə daxil olan şəxs və ya şəxslər yalnız pulun və qızılın olduğu otaqda axtarış aparıblar. Bu isə hadisəni törədənin ailəyə yaxın biri olduğu ehtimalını yaradır.

Bəhruz Həsənov – ev sahibi: \”Ancaq bir otağa giriblər, o biri otaqlara dəyməyiblər. Bu da şübhəli məqamdır. Fikirləşirsən ki, bizi tanıyan, bilən adamdır\”.

Müvafiq ekspertizalar təyin olunaraq əl-barmaq izləri götürülüb. Hazırda oğurluq edən şəxslərin axtarışları davam edir. Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

(Region TV)

İnterpress.az