Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanılıbbackend

Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya “etap” olunacağı bildirilib.

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.