Paşinyan: II Qareginin övladı var və o, kilsəni tərk etməlidirbackend

Paşinyan: II Qareginin övladı var və o, kilsəni tərk etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan II Qareginin könüllü olaraq aldığı subaylıq andını pozduğunu və övladı olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, II Qareginin övladı var və kilsə rəhbəri ola bilməz.

“II Qaregin könüllü olaraq aldığı subaylıq andını pozub və övladı var.

Bu faktdır və əgər II Qaregin bunu təkzib etməyə çalışsa, mən bunu lazımi formatda sübut edəcəm.

Erməni Apostol Kilsəsinin Kanonik Nizamnaməsinə görə, subaylıq andını pozan şəxs nə yepiskop, nə də arxiyepiskop ola bilməz, hətta katolikos da ola bilməz. Buna görə də Ktrix Nersisyan (II Qareginin dünyəvi adı) Müqəddəs Eçmiədzin Ana taxtını tərk etməlidir.

Erməni Apostol Kilsəsinin sadiq davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə – hər yadigara, hər bir ikona və daşına dərin hörmət bəsləyən bir şəxs kimi bəyan edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır, onun mənəviyyatı katolikos seçkilərinə qədər yoxlanılacaq və təsdiqlənəcək.

Mən Erməni Apostol Kilsəsinin bütün inanclarını Ana Məbədi məhəbbətlə və xristian tərzdə azad etmək ideyası ətrafında, eləcə də bütün ermənilərin katolikosu vəzifəsinə həqiqi müqəddəs ruhani seçilməsi gündəmi ətrafında birləşməyə çağırıram”, – Paşinyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az