İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunes şəhərində tuneli dağıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunes şəhərində təxminən 1,5 kilometr uzunluğunda olan yeraltı tuneli məhv edib.
Tunel HƏMAS yaraqlıları tərəfindən sığınacaq kimi istifadə edilib və içərisində onlarla silah və əlavə sursat aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az