İsrail səfirliyinin əməkdaşı İspaniya XİN-ə ÇAĞIRILDIbackend

İsrail səfirliyinin əməkdaşı İspaniya XİN-ə ÇAĞIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail səfirliyinin müvəqqəti işlər vəkili “Azadlıq Donanması” ilə bağlı İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. İspaniya hakimiyyəti İsrail hərbçilərinin Qəzza zolağına gedən Qreta Tunberq və digər fəalları daşıyan “Madleen” gəmisini ələ keçirməsinə reaksiya verib.

Madrid buna etiraz olaraq İsrail səfirliyinin müvəqqəti işlər vəkilini beynəlxalq sularda bu cür hərəkətlərin yolverilməzliyini vurğulayaraq aydınlaşdırma üçün çağırıb.

Xuraman Etibarlı

İnterpress.az