“Gideonun arabaları”nın bir hissəsi olaraq İsrail ordusu 24 saat ərzində 15 yaraqlını öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının hər yerində fəaliyyətini davam etdirir.
Son 24 saat ərzində artilleriya, quru qoşunları və aviasiyadan istifadə etməklə 15 yaraqlı məhv edilib.
Bundan əlavə, HƏMAS-ın onlarla hərbi obyekti, o cümlədən İsrail qüvvələri üçün təhlükə yaradan tank əleyhinə raket buraxılış məntəqələri və tunellər məhv edilib.
Xuraman Etibarlı
İnterpress.az