Xatiya Tsilosani Gürcüstanın Avropa Şurasındakı yeni daimi nümayəndəsi olacaq.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
O, Gürcüstanın ABŞ-dəki səfiri vəzifəsinə təyin olunmuş Tamar Taliaşvilini əvəz edəcək.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Tsilosani əvvəllər Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini, parlamentin üzvü olub, həmçinin beynəlxalq təşkilatlarda iş təcrübəsi var.
Xuraman Etibarlı
İnterpress.az