Fələstin rəhbəri HƏMAS-ın tərksilah edilməsini DƏSTƏKLƏYİRbackend

Fələstin rəhbəri HƏMAS-ın tərksilah edilməsini DƏSTƏKLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas HƏMAS-ın tərksilah edilməsinə dəstəyini bir daha təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə onun BMT-nin Fələstin dövlətinin tanınması ilə bağlı keçiriləcək konfransına həmsədrlik edən Fransa prezidenti Makron və Səudiyyə Ərəbistanı vəliəhdi bin Salmana ünvanladığı məktubunda deyilir.

“HƏMAS daha Qəzzanı idarə etməyəcək və silahlarını və hərbi imkanlarını Fələstin təhlükəsizlik qüvvələrinə təhvil verməlidir”, – Abbas deyib.

Bundan əlavə, muxtariyyət rəhbəri bu məktubda, onun fikrincə, Qəzza zolağında müharibənin dayandırılması da daxil olmaqla, Yaxın Şərqdə sabitlik üçün atılmalı olan əsas addımları qeyd edib.

O, ərəb və beynəlxalq qüvvələri BMT Təhlükəsizlik Şurasının mandatı ilə sabitləşdirmə/mühafizə missiyasının bir hissəsi kimi yerləşdirməyə dəvət etməyə hazır olduğunu bildirib.

Eyni zamanda, Abbas yaraqlıların 2023-cü il oktyabrın 7-də İsrailə hücumunu “qəbuledilməz və qınanılan” adlandırıb və HƏMAS-ı bütün girovları azad etməyə çağırıb.

Abbas həmçinin Fələstin Muxtariyyətində islahatlara sadiqliyini təsdiqləyib və beynəlxalq himayə altında bir il ərzində prezident və ümumi seçkilər keçirmək niyyətində olduğunu bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az