Qanunların qəbulunda ABŞ-ni qabaqlamağımızla fəxr edirəm – Mdinaradzebackend

Qanunların qəbulunda ABŞ-ni qabaqlamağımızla fəxr edirəm – Mdinaradze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hakimiyyəti müxtəlif qanunların qəbulunda ABŞ-ni qabaqlamaqla fəxr edir.

İnterpress.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze ABŞ-da tətbiq edilən etiraz aksiyalarında maska ​​taxmaq qadağasına münasibət bildirərkən deyib.

“Əgər kimsə sizə 10 il əvvəl desəydi ki, Gürcüstan qanun və qərarların qəbulunda bir il, iki, bir neçə ay ərzində ABŞ-ni qabaqlayacaq, siz bizə güləcəkdiz.

Bu, reallıqdır və mən sizə zəmanət verə bilərəm ki, ABŞ və Avropada gələcəkdə Gürcüstanın artıq qəbul etdiyi başqa qərarlar da veriləcək və mən şəxsən bununla fəxr edirəm”, – o deyib.

Xuraman Etibarlı

İnterpress.az