Tramp İrana hücumu “əla” adlandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABC News-a deyib.
“Düşünürəm ki, bu, əla idi. Biz onlara şans verdik, onlar isə bunu qəbul etmədilər. Onlara çox, çox ağır zərbələr vuruldu. Onlara sizin əldə edəcəyiniz zərbələr qədər dəydi. Və bu, hamısı deyil. Daha çox şey olacaq”, – Tramp bildirib.
ABŞ-nin hücumda hər hansı bir şəkildə əli olub-olmaması ilə bağlı suala Tramp, “Mən bu barədə şərh vermək istəmirəm” deyib.
Xuraman Etibarlı
İnterpress.az