Elon Musk narkotik testinin nəticələrini göstərib.
İnterpress.az xəbər verir ki, ö, bu barədə sosial şəbəkələrdə yazıb. İlon Mask narkotik testinin nəticələrini paylaşıb.
Sənəddə qadağan olunmuş maddələrin aşkar edilmədiyi bildirilir. Testdən keçməyə səbəb milyarderlə ABŞ prezidenti arasında münaqişə olub.
Mask və Tramp arasında mübahisə İlonun xərcləri azaltmadan vergilərin azaldılması qanun layihəsinə görə mövcud administrasiyanın iqtisadi siyasətini tənqid etməsi ilə başlayıb.
Kulminasiya nöqtəsi investorun maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərdə Trampın adının çəkildiyinə dair mesajı olub. Epşteyn cinsi istismar məqsədi ilə yetkinlik yaşına çatmayanları alver etməkdə təqsirli bilinib.
İki gün sonra milyarder yazısını silib. Daha sonra Tramp Maskın davranışının narkotik istifadəsi ilə bağlı ola biləcəyini deyib.
Xuraman Etibarlı
İnterpress.az