Təhvil verilən ukraynalıların cəsədlərinin tanınması bir ildən çox vaxt aparacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
“Rusiya tərəfindən təhvil verilən ölən ukraynalıların cəsədlərinin tanınması bir ildən çox vaxt aparacaq”, – o deyib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi 6060 cəsədi təhvil verib və bəzi şəxslərin qalıqları müxtəlif paketlərdə ola bilər.
“Bizə çatan hər bir bağlamada təkcə bir cəsəd deyil, çoxlu cəsəd qalıqları, bir, iki və ya üç nəfər ola bilər.
Ekspertiza zamanı biz bir neçə bağlamada və ya müxtəlif repatriasiyalarda bir nəfərin meyitinin fraqmentlərini tapmağa başladıq.
Düşmən işimizi çətinləşdirmək və vaxtı uzatmaq üçün hər şeyi etməyə çalışır”, – Klimenko qeyd edib.
Klimenko əlavə edib ki, ölənlərin cəsədlərinin tanınması təxminən 13-15 ay çəkəcək. Bu minimum müddətdir.
Xuraman Etibarlı
İnterpress.az