Moldovalı teleaparıcı canlı efirdə verilişinin bağlandığını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Moldova mediası məlumat yayıb.
Moldovalı teleaparıcı Yuliya Fyodorova canlı efirdə televiziyadan ayrıldığını və verilişini bağladığını açıqlayıb.
O, bunu respublikada senzura və söz azadlığının məhdudlaşdırılmasını əsas gətirib.
Aparıcının açıqlaması izləyicilərini təəccübləndirib.
Xuraman Etibarlı
İnterpress.az