Almaniya hökuməti İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracına icazə verib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazır. Qeyd olunur ki, kansler Merzin rəhbərlik etdiyi yeni Almaniya hökuməti hakimiyyətə gəldikdən sonra İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
Mayın 7-dən iyunun 10-dək yəhudi dövlətinə ümumilikdə 3,986 milyon avro dəyərində silah tədarükünə icazə verilib.
Belə ki, Almaniya hökuməti son vaxtlar ilk dəfə olaraq İsrailə silah ixracının həcmi barədə açıq məlumat verib.
Məqalədə qeyd olunur ki, əvvəllər kabinet silah ixracı ilə bağlı məlumatların məxfiliyinə istinad edirdi.
Xuraman Etibarlı
İnterpress.az