Hizbullah və İraq şiələrinin ruhani lideri Xamneyiyə qarşı təhdidləri pisləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Hizbullah-ın bəyanatında deyilir.
Hizbullah İranın ali dini lideri Xameneiyə qarşı sui-qəsd təhdidlərini kəskin şəkildə pisləyib.
“Sui-qəsd təhdidi axmaq və ehtiyatsızdır, bunun dəhşətli nəticələri olacaq”, – təşkilatın bəyanatında deyilir.
Eyni zamanda, İraq şiələrinin ruhani lideri Əli əs-Sistani də “İslam Respublikasına qarşı davam edən hərbi təcavüzü və onun ali dini və siyasi rəhbərliyinə qarşı hər hansı təhdidləri” pisləyib.
O vurğulayıb ki, bu hərəkətlər regionda geniş xaosa səbəb ola bilər və bütün region ölkələrinin maraqlarına ciddi ziyan vura bilər.
İyunun 18-də bəzi İsrail KİV-ləri İsrail və İran arasında gərginliyin başlamasından sonra Xameneinin köçürüldüyü Tehran ərazisinə zərbələr endirilməsi barədə məlumat yayıb.
Xuraman Etibaelı
İnterpress.az