Moskva Rusiya və Almaniya arasında hərbi-texniki əməkdaşlıq sazişindən çıxır – Rusiya XİNbackend

Moskva Rusiya və Almaniya arasında hərbi-texniki əməkdaşlıq sazişindən çıxır – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Rusiya və Almaniya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaq niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Rusiya Federasiyası və Almaniya hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında 14 iyun 1996-cı il tarixli formal qüvvədə olan saziş indiki şəraitdə öz mənasını və praktiki əhəmiyyətini itirmiş, Almaniya hakimiyyətinin açıq düşmənçilik siyasəti və Almaniya hökumətinin getdikcə artan militarist təcavüzkarlığı nəticəsində yaranmış Rusiya-Almaniya dövlətlərarası münasibətlərinin hazırkı vəziyyətinə tamamilə uyğun gəlmir”, – bəyanatda bildirilir.

Xuraman Etibarlı

İnterpress.az