İtaliya İrana zərbə endirmək qərarına gələrsə, ABŞ-ni öz bazaları ilə təmin edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilir ki, prezident Tramp İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmağa qərar verərsə, İtaliya ABŞ-ni öz ərazisində hərbi bazalarla təmin edə bilər.
Bildirilir ki, Roma İsrailə dəstək verəcəyi təqdirdə digər ölkələrin bazalarının zərbə hədəfinə çevriləcəyinə ehtiyatla yanaşır.
İtaliya kontingenti İraq və Livanda yerləşdirilib və İranın xəbərdarlığı ilə təhdid oluna bilər.
Qeyd olunur ki, son qərar Romanın olsa belə, İtaliya hökuməti Vaşinqtondan imtina edə bilməyəcək.
Bu halda söhbət NATO-nun Aviano, Viçensa, Neapol və Siqonelladakı bazalarından (Siciliya adasında) gedir.
Məqalədə deyilir ki, istənilən halda Roma ABŞ-nin ilk növbədə regional bazalarından – Səudiyyə Ərəbistanı, Misir, Bəhreyndəki bazalarından istifadə edəcəyinə ümid edir.
Xuraman Etibarlı
İnterpress.az