Polislərin üzərinə avtomobil sürən futbol azarkeşinin ACI AQİBƏTİ: GÜLLƏLƏNDİ – VİDEObackend

Polislərin üzərinə avtomobil sürən futbol azarkeşinin ACI AQİBƏTİ: GÜLLƏLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı futbol azarkeşi polisə hücum edib və öldürülüb.

İnterpress.az xəbər verir ki, Kaliforniyada polislər nədənsə avtomobillərinin üzərinə maşın sürmək qərarına gələn amerikalı futbol azarkeşini güllələyiblər.

69 yaşlı Çarlz MakQoneqal supermarketə gedib və əvvəlcə başqasının maşınına çırpılıb.

Hadisə yerinə polis gəlib, lakin azarkeş onlarla əlaqə saxlamayıb və maşında oturmağa davam edib.

Sonra qəribə hadisə baş verib: Çarlz son siqaretini çəkib və avtomobilini silahlı təhlükəsizlik qüvvələrinin üzərinə sürüb.

İkinci zərbə cəhdindən sonra Çarlzın maşını sözün əsl mənasında ələyə çevrilib, güllələrdən dəlmə-deşik olub. Adam yerindəcə ölüb.

Xuraman Etibarlı

İnterpress.az