Döyüş meydanında kəşfiyyat üçün ağcaqanad ölçüsündə bionik mini-robot dron hazırlanıb.
İnterpress.az xəbər verir ki, Çinli mühəndislər Çin Xalq Azadlıq Ordusunun (PLA) döyüş meydanında kəşfiyyatı üçün ağcaqanad ölçüsündə bionik mini-robot dron hazırlayıblar.
Onun əsas vəzifələri ənənəvi kəşfiyyat vasitələrinin məhdud olduğu mürəkkəb mühitlərdə məlumat toplamaq, düşməni müşahidə etmək və əraziyə nəzarət etməkdir.
Kiçik ölçüsü və biomimik dizaynı sayəsində o, aşkar edilmədən əlçatmaz ərazilərə nüfuz edə bilir, gizlilik təmin edir və aşkarlanma riskini azaldır.
Xuraman Etibarlı
İnterpress.az