Kim Çen In Şimali Koreyadan Rusiyaya 25 min nəfər əsgər göndərməyi planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Kim Çen In pilotsuz təyyarələrin yığılması üçün Şimali Koreyadan Rusiyaya 25 min nəfər göndərəcək.
Bunun müqabilində Şimali Koreya əsgərləri bu cihazları idarə etmək üçün təlim keçəcəklər.
Şimali Koreyalıların əsas keyfiyyətləri yüksək nizam-intizam və məsuliyyət, ailələrini Rusiyaya köçürmək istəyinin olmaması, iş şəraiti və əmək haqqı ilə bağlı şikayətlərin olmamasıdır.
Xuraman Etibarlı
İnterpress.az