İran Qətər vasitəsi ilə ABŞ-yə XƏBƏRDARLIQ ETDİbackend

İran Qətər vasitəsi ilə ABŞ-yə XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Qətərə ABŞ-nin Fars körfəzindəki bazalarına mümkün zərbələr barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Nəşr yazır ki, ABŞ İrana zərbə endirərsə, Yaxın Şərqdəki bir sıra ABŞ hərbi obyektləri hücuma məruz qala bilər.

Bölgədə İraq, Suriya, İordaniya, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirliklərindəki bazalar və ABŞ-nin regiondakı ən böyük hərbi bazası olan Qətərdəki Əl-Udeyd hava bazası da daxil olmaqla on minlərlə ABŞ əsgəri yerləşir.

Dohadan 20 mil cənub-qərbdə yerləşən Əl Udeid ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) irəli komanda məntəqəsi kimi xidmət edir və 10 000-dən çox əsgəri qəbul edə bilir.

“İran rəsmiləri bu həftə Qətərə xəbərdarlıq edib ki, ABŞ İrana hücum edərsə, Fars körfəzindəki ABŞ bazaları qanuni hədəf ola bilər”, – Avropa rəsmisi deyib.

Daha əvvəl bildirilmişdi ki, Pentaqon Yaxın Şərqə əlavə qüvvələr, o cümlədən bir neçə təyyarədaşıyan gəmilər göndərməyi nəzərdən keçirir.

Xuraman Etibarlı

İnterpress.az