Futbolçu Kuinsi Promes BƏƏ-dən Hollandiyaya ekstradisiya edilib – “De Telegraaf”backend

Futbolçu Kuinsi Promes BƏƏ-dən Hollandiyaya ekstradisiya edilib – “De Telegraaf”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbolçu Quincy Promes BƏƏ-dən Hollandiyaya ekstradisiya edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “De Telegraaf” məlumat yayıb.

Moskva “Spartak”ının sabiq hücumçusu Kuinsi Promes BƏƏ-dən Hollandiyaya ekstradisiya edilib.

Qeyd olunur ki, futbolçu hazırda ədliyyə orqanlarının icarəyə götürdüyü təyyarə ilə Hollandiyaya yollanır.

Uçuş zamanı onu bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə uçan Kral Hərbi Polisinin əməkdaşları qoruyur.

Vətənində isə o, ümumilikdə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az