Fəallar Britaniya hərbi bazasına SOXULDU – İki təyyarəni ZƏDƏLƏDİLƏR – VİDEObackend

Fəallar Britaniya hərbi bazasına SOXULDU – İki təyyarəni ZƏDƏLƏDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin tərəfdarı olan fəallar Britaniya hərbi bazasına daxil olaraq iki Airbus Voyager yanacaq təyyarəsini zədələyiblər. Hamısını skuterlərdən istifadə edərək ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Mail Online” məlumat yayıb. Məlumata görə, iyunun 20-nə keçən gecə Kral Hərbi Hava Qüvvələrinin ən böyük bazasında baş verən insidentə görə məsuliyyəti Palestine Action öz üzərinə götürüb.

Skuterlərdə olan iki fəal bazaya doğru yollanıb, iki Airbus Voyager-in mühərriklərinə qırmızı boya töküblər və sonra qaçıblar.

Bunun üçün nəhəng bir sprey boya qutusuna və lombara çevrilmiş yanğınsöndürəndən istifadə ediblər. Fəallar yola düşməzdən əvvəl asfalta Fələstin bayrağı çəkiblər.

Kral Hərbi Hava Qüvvələrinin nümayəndələri zədələnmiş təyyarənin Britaniya hərbi aviasiyasının əməliyyat məsafəsinin və manevr qabiliyyətinin təmin edilməsində əsas rol oynadığını vurğulayıblar.

Bundan bir neçə gün əvvəl İngiltərənin Kent şəhərində Palestine Action fəalları görünüblər.

Burada onlar İsrailin silah istehsal edən şirkətinə aid təhlükəsiz obyektə soxulub, anbarı qarət edib və şirkətin elektron avadanlıqlarını məhv ediblər.

Xuraman Etibarlı

İnterpress.az