Moskvada məktəbli qız metal parçaları olan kolbasa yedikdən sonra xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
“Kreml” kolbasasını Talalıxin küçəsindəki “Mikoyan” mağazasından alıblar. Qız metal dadı hiss edib və səhhətindən şikayətlənib.
Onun təcili olaraq mədəsini yuyublar.
Həkimlər heç bir yad cisim aşkar etməsələr də, gecikmənin ağır nəticələrə səbəb ola biləcəyini qeyd ediblər.
Valideynlər Rospotrebnadzorla əlaqə saxlayıblar, məlumat polisə verilib.
Xuraman Etibarlı
İnterpress.az