Ermənistan təhlükəsizliyinin təminatına ayıq nəzər salmalıdır – Rusiya XİNbackend

Ermənistan təhlükəsizliyinin təminatına ayıq nəzər salmalıdır – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT-yə üzvlüyünü “donduran” Ermənistan öz təhlükəsizliyini, o cümlədən kollektiv formatda təmin etmək imkanlarına ayıq nəzər salmalıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə müsahibəsində deyib.

O təsdiqləyib ki, İrəvanın KTMT-yə üzvlük haqqı verməməsi ilə bağlı vəziyyət 2025-ci il dekabrın 31-dən sonra nəzərdən keçirilməyə başlaya bilər. Lakin baxılmanın hansı məcrada gedəcəyi sual altında qalır.

“Qərarı istənilən halda Ermənistan hakimiyyəti verəcək”, – diplomat qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az