İran kəmiyyətdən çox keyfiyyətə diqqət yetirərək raket strategiyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə CNN İran rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, raket istehsalında və idxalında İran kəmiyyətdən çox keyfiyyətə diqqət yetirərək raket strategiyasını dəyişib.
Qeyd olunur ki, İran kütləvi şəkildə raket atmaq əvəzinə, həssas hərbi hədəflərə qarşı daha mürəkkəb dəqiqlikli raketlərdən istifadə edir.
Mənbə beləliklə, İsrailin İranın atdığı raketlərin sayının azalmasının onların ehtiyatlarının tükənməsi ilə bağlı iddialarını təkzib edib.
Xuraman Etibarlı
İnterpress.az