Xameneini hətta SEPAH-ın da bilmədiyi çox məxfi elit bölmə QORUYURbackend

Xameneini hətta SEPAH-ın da bilmədiyi çox məxfi elit bölmə QORUYUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xamenei öz təhlükəsizliyini hətta SEPAH-ın da bilmədiyi çox məxfi bir elit bölməyə həvalə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Teleqraf.com” İran rəsmilərinə istinadən məlumat yayıb.

İsrail kəşfiyyatının rejimə dərindən nüfuz etdiyinə inanaraq bu bölmə o qədər məxfi saxlanılırdı ki, hətta İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli məmurlarının belə onun varlığından xəbəri yox idi.

“O, ölümdən gizlənmir, bunkerdə oturmur. Amma onun həyatı təhlükədədir və sızma ehtimalını istisna etmək üçün onun mühafizəsi üçün heç kimin bilmədiyi bölmə var”, – mənbə bildirib.

Təhlilçilərin fikrincə, Xameneinin xalqa son videomüraciəti Tehranın mərkəzində yerləşən İran İnqilabı Keşikçiləri Korpusunun media mərkəzində lentə alınıb ki, bu da onun yaxınlıqda və ya bəlkə də binanın altında yaşadığını göstərir.

Xuraman Etibarlı

İnterpress.az