Bu günə olan məlumata görə, Ukrayna ərazisində 695 min rus əsgəri var.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
“Bu günə olan məlumata görə, Ukrayna ərazisində 695 min rus əsgəri var.
Üstəlik Kursk, Belqorod istiqamətləri – Xarkovla üzbəüz, Sumi ilə üzbəüz olduqları yerlər. Sumı istiqamətindən təxminən 52 min daha var. Gündəlik hücumların ümumi sayı bütün cəbhə xətti boyunca 200-ə qədərdir.
Sumı vilayətindəki vəziyyət ruslar üçün böyük problemdir. Onlar Sumı və Xarkov vilayətlərində uğurları “satmaq” istəyirlər.
Çünki müvafiq uğur olmasa, prezident Tramp onlara sanksiyalarla təzyiq göstərməyə üstünlük verəcək.
Bu həftə onlar Sumıya doğru 200 metr irəliləyiblər, biz də onları 200-400 metr geri itələdik.
Bütün bombaların 23%-i, cəbhədəki bütün zərbələr Sumi istiqamətindədir. Əsasən bombalar və Şimali Koreya raketləri böyük miqdarda qeydə alınıb.
Dnepr bölgəsi – təxribat-kəşfiyyat qruplarında iki, üç, dörd nəfər daima yarmağa çalışır. Amma indiyə qədər orada heç bir uğur əldə etməyiblər”, – Zelenski deyib.
Xuraman Etibarlı
İnterpress.az