Hərbçilər minalanmış skuterlə ÖLDÜRÜLDÜ – VİDEObackend

Hərbçilər minalanmış skuterlə ÖLDÜRÜLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ukraynalı hərbçi skuter alıb, lakin onun minalanmış olduğu məlum olub. Hər iki ukraynalı hərbçi partlayış nəticəsində həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Xarkovda iki ukraynalı hərbçi skuter alıb, lakin o, minalanmış olub. Məlum olub ki, mopedi OLX xidməti vasitəsilə alıblar.

Onlar onu maşına yükləmək istəyəndə texnika partlayıb, onun içərisinə əldəqayırma partlayıcı qurğu qoyulub

Ukrayna KİV artıq Rusiya xüsusi xidmət orqanlarını bunda ittiham edərək, Ukrayna əsgərlərinə partlayıcı ilə doldurulmuş ləvazimatları satanların, Getcontact-ın köməyi ilə onların şəxsiyyətini müəyyən etdiklərini bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az