Tehran yarısı boşalıb, 5 milyona yaxın insan paytaxtı tərk edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Sakinlər İranı sürətlə tərk edirlər”, – yerli media və müşahidəçilər bildirirlər.
Mənbələrə görə, artıq 5 milyona yaxın insan Tehranı tərk edib.
İran paytaxtının əhalisinin 2025-ci ildə 9,7 milyon nəfər olacağı təxmin edilir. Beləliklə, şəhərin demək olar ki, yarısı boşdur.
Xuraman Etibarlı
İnterpress.az