Saxalində ayı hücumu nəticəsində iki sakin ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, adanın cənubunda ayı hücumu nəticəsində iki Saxalin sakini ölüb.
Yujno-Saxalinsk-Korsakov şossesində “Üç maral” heykəlinin yaxınlığında ayı kişiyə hücum edib.
Kişi təcili yardım maşınında dünyasını dəyişib. Daha sonra hadisə yerinin yaxınlığında daha bir kişinin meyiti tapılıb.
Xuraman Etibarlı
İnterpress.az