İranın ballistik raketlərinin əhəmiyyətli bir hissəsi istifadəyə yararsız ola bilər, çünki onlar İsrailin zərbələrinin dağıntıları altındadırlar.
İnterpress.az xəbər verir ki, CNN-in məlumatına görə, bunu İsrailin milli təhlükəsizlik müşaviri Haneqbi parlament üzvləri qarşısında qapalı iclasda deyib.
“İranın ballistik raketlərinin əhəmiyyətli bir hissəsi İsrailin zərbələri nəticəsində dağıntılar altında qaldığı üçün istifadəyə yararsız ola bilər”, – Haneqbi bildirib.
Onun sözlərinə görə, əməliyyat başlayanda İranın 2500 ballistik raketi olub.
O vaxtdan bəri İsrailə 500-dən çox belə raket buraxılıb və hazırda təxminən 800-ü İsrailin hava hücumları nəticəsində zədələnmiş tunel sistemlərində basdırıla bilər.
Xuraman Etibarlı
İnterpress.az