“Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin “milliləşdirilməsi” planı hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. O deyib ki, həbsdə olan rusiyalı biznesmen Karapetyana məxsus “Ermənistanın Elektrik Şəbəkələrinin milliləşdirilməsi” planı hazırdır və tezliklə praktiki mərhələyə keçəcək.
Karapetyanın həbsindən bir neçə saat əvvəl Paşinyan “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinin zəruriliyini bəyan edib.
O, həmçinin dövlətlə əməkdaşlıqdan imtina edən şirkətin işçilərini işdən çıxarmaqla hədələyib.
Karapetyan Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur və məhkəmə onun həbsi ilə bağlı vəsatətə baxır.
Xuraman Etibarlı
İnterpress.az