Atəşkəs İran xalqının tarixi qələbəsidir.
İnterpress.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İran prezidenti Pezeşkian televiziya ilə xalqa müraciətində “12 günlük müharibənin başa çatmasını İran xalqının möhkəmliyi və birliyi sayəsində əldə edilmiş tarixi qələbə” adlandırıb.
O, “təcavüzkarın ağır və gözlənilməz cəzaya məruz qaldığını” və İranın beynəlxalq aləmdə gücünü sübut etdiyini vurğulayıb.
Pezeşkian silahlı qüvvələrə, xilasetmə xidmətlərinə və vətəndaş cəmiyyətinə “müqavimət və dəstəyə verdikləri töhfəyə görə” təşəkkürünü bildirib.
Prezident vəd edib ki, dövlət qurumları diqqəti zərər çəkmiş ərazilərin bərpasına yönəldəcək, sabitlik, sülh və mehriban qonşuluq münasibətləri isə xarici siyasətin prioriteti olaraq qalacaq.
Xuraman Etibarlı
İnterpress.az