O’Sallivan Qazaxıstan üçün növbəti anti-Rusiya sanksiyalarının mümkün təhlükələrindən danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi O’Sallivan bildirib.
O, Rusiya Federasiyasına qarşı 18-ci sanksiyalar paketinin Qazaxıstan üçün mümkün təhlükəsi ilə bağlı sualı cavablandırıb.
“Şirkətlərimiz son istifadəçinin kim olduğunu və döyüş meydanında istifadə oluna bilən məhsulların harada başa çatdığını anlamaq üçün lazımi araşdırma aparmağa borcludurlar.
Bunun qarşısını almaq heç vaxt tam mümkün olmayacaq. Mənim vəzifəm Rusiyanın texnologiyamıza çıxışını daha çətin, yavaş və daha bahalı etməkdir”, – O’Sallivan deyib.
Eyni zamanda, xüsusi nümayəndə Qazaxıstan şirkətlərinin bu sanksiya paketinə daxil edilməsi ilə bağlı suala birbaşa cavab verməyib, yalnız Aİ-nin məhdudiyyətləri sərtləşdirməyə davam edəcəyini qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az