İsrail İrana qarşı “Rising Lion” (“Yüksələn şir”) adlı 12 günlük hərbi əməliyyatın səbəbləri və nəticələri haqqında ətraflı məlumat təqdim edib.
İnterpress.az xəbər verir ki, İsrail ordusunun əməliyyatları nəticəsində 11 iranlı nüvə alimi öldürülüb.
İsrail tərəfi qeyd edib ki, öldürülənlər “İranın silah yaratma proqramında əsas bilik daşıyıcıları” olub.
Həmçinin bildirilib ki, demək olar, eyni vaxtda endirilən zərbələr nəticəsində Tehranda 30-a yaxın yüksək rütbəli hərbi komandir, o cümlədən ən yüksək rütbəli üç general öldürülüb.