Qırğızıstanın Çolpon-Ata şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
İclasda təşkilatın baş katibi İmanqali Tasmaqambetov iştirak edir.
Qırğızıstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan iclasda iştirak etmir, lakin ölkənin nümayəndəsi videobağlantı vasitəsilə görüşə qatıla bilər. Ermənistan XİN nazirin iclasda iştirak etməməsi ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Tərəflər beynəlxalq və regional vəziyyəti, bunun KTMT ölkələrinin təhlükəsizliyinə təsirini müzakirə edəcək, informasiya təhlükəsizliyi və xüsusilə Yaxın Şərqdəki vəziyyətlə əlaqədar terrorizm və ekstremizmə doğru aparan radikallaşmaya qarşı mübarizə məsələlərinə dair bəyanatlar qəbul edəcəklər. Həmçinin Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə regional mərkəzinin yaradılması məsələsi nəzərdən keçiriləcək.
Bundan başqa, iclas iştirakçıları KTMT-nin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ilə gələcək əməkdaşlığını müzakirə edəcəklər./report