Yekaterinburqda “qətl işi üzrə” saxlanılan iki azərbaycanlının öldüyünü Rusiya İstintaq Komitəsi təsdiqləyib.
İnterpress.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi Rusiya polisi, OMON-çuları tərəfindən son dərəcə vəhşiliklə döyülərək öldürülən azərbaycanlılara qondarma diaqnozlar barədə məlumat yayıb.
İdarədən bildirilib ki, onlardan biri “ürək çatışmazlığından dünyasını dəyişib, ikinci şəxsin ölüm səbəbi müəyyənləşdirilir”.
Xuraman Etibarlı
İnterpress.az