İran ABŞ ilə danışıqların tezliklə bərpasını İSTİSNA EDİR – Lakin “qapıları açıq” QOYURbackend

İran ABŞ ilə danışıqların tezliklə bərpasını İSTİSNA EDİR – Lakin “qapıları açıq” QOYUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la danışıqların tezliklə bərpa olunacağını istisna edir, lakin “qapıları açıq” qoyur.

İnterpress.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi CBS News-a müsahibəsində deyib.

İranın xarici işlər naziri Trampın “onlar bu həftə başlaya bilər” bəyanatına rəğmən, ABŞ ilə danışıqların tezliklə bərpasının mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.

Əraqçi vurğulayıb ki, “diplomatiyanın qapıları heç vaxt bağlanmır”, lakin İran dialoq zamanı ABŞ-nin bir daha hərbi əməliyyatlarla təhdid etməyəcəyinə əmin olmalıdır.

ABŞ-nin nüvə infrastrukturuna zərbələrinin nəticələrini şərh edən iranlı diplomat bildirib ki, ölkə nüvə proqramını davam etdirməklə bağlı siyasi qərar qəbul edərsə, itirilmiş mövqelərini tez bir zamanda bərpa etməyə qadirdir.

Uranın daha da zənginləşdirilməsi ilə bağlı sualı cavablandıran Əraqçi vurğulayıb ki, İranın sülhməramlı nüvə proqramı milli qürur simvoluna çevrilib.

“Biz 12 günlük müharibədən sağ çıxdıq və uranı zənginləşdirmək hüququndan əl çəkməyəcəyik”, – o əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az