Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 140-dan çox hərbi obyektə hava zərbələri endirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İsrail ordusu
Qəzza zolağının hər yerində əməliyyatları davam etdirir. Nəticədə son günlər onlarla yaraqlı məhv edilib, yüzlərlə terrorçu infrastruktur obyekti məhv edilib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, təkcə son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunlarına dəstək olaraq anklavdakı 140-dan çox hərbi obyektə hava zərbələri endirib.
Xuraman Etibarlı
İnterpress.az