Gürcüstan ruhaniləri parlamentə TƏLƏB GÖNDƏRDİbackend

Gürcüstan ruhaniləri parlamentə TƏLƏB GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın ruhaniləri əcnəbilərin miqrasiyasının tənzimlənməsi tələbi ilə parlamentə müraciət ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, Gürcüstanın ruhaniləri əcnəbilərin miqrasiyasının tənzimlənməsi tələbi ilə parlamentə müraciət ediblər.

Xüsusilə, onlar miqrantlara vətəndaşlıq və yaşayış icazələrinin verilməsinin ləğvini, habelə miqrant axını ilə bağlı qanunvericiliyin sərtləşdirilməsini və onların xeyli hissəsinin vətənlərinə qayıtmasını tələb edirlər.

“Əhali ilə miqrantlar arasında münasibətlərin necə qızışdığını narahatlıqla izləyirik. Biz din xadimləri xalqımızın bundan narahatlığını, bəzi hallarda isə qəzəbini yaxşı bilirik.

Bəzi təhsil ocaqları küçələrdə və bütövlükdə cəmiyyətdə xoşagəlməz ab-hava yaradaraq, xüsusilə böyük əcnəbi tələbə axını yaşayır. Gürcü uşaqlar çox vaxt həyətlərdəki oyun meydançalarına gedə bilmirlər, çünki onlarda miqrantlar və onların uşaqları yaşayır ki, bu da əhalimiz arasında xüsusi qıcıq yaradır”, – müraciətdə deyilir.

Parlament Bürosu artıq 21 din xadiminin təklifinə baxıb və baxılması üçün İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinə təqdim edib.

Xuraman Etibarlı

İnterpress.az