Dalay Lama bir varisi olacağını, yəni lamalar institutunun davam edəcəyini bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
14-cü Dalay Lama bir varisi olacağını, yəni lamalar institutunun davam edəcəyini və Dalay Lama Gaden Phodrang Vəqfinin gələcək reinkarnasiyanın tanınmasına cavabdeh olacağını bildirib.
Tibet Buddizminin ruhani lideri, kanona görə, bodhisattva Avalokiteshvara’nın təcəssümüdür.
14-cü Dalay Lamanın bu il 90 yaşı tamam olur, ona görə də onun varisi məsələsinə getdikcə daha çox diqqət yetirilir.
Rəsmi Pekin hazırkı Dalay Lamanı separatçı hesab edir və israr edir ki, növbəti reinkarnasiya Çin hökuməti tərəfindən təsdiqlənməlidir (2007-ci ildə hətta xüsusi fərman da verilib).
Eyni zamanda, Tibet Buddizminin lideri daha əvvəl bir neçə dəfə yeni reenkarnasiyanın Çindən kənarda görünəcəyinə eyham
vurmuşdu.
Xuraman Etibarlı
İnterpress.az