Xəstəxanaya HÜCUM: İki nəfər ağır XƏSARƏT ALDI – FOTObackend

Xəstəxanaya HÜCUM: İki nəfər ağır XƏSARƏT ALDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada xəstəxananın tibb personalına silahlı hücum olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının region üzrə İstintaq Komitəsi məlumat yayıb.

Bıçaq və bibər qazı ilə silahlanmış xəstə “yaşamaq hüququndan məhrum edildiyi üçün” baş həkimin müavini və xəstəxananın katibinə hücum edib.

Bildirilir ki, İrkutskda xəstəxananın tibb işçilərinə bıçaqla hücum edən şəxs iki qadın yaralanıb, adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

“İyulun 3-də səhər saatlarında 8 saylı Şəhər Xəstəxanasına bıçaq və qaz balonu ilə gələn şəxs baş həkimin müavininə və katibinə ağır xəsarətlər yetirib”, – məlumatda deyilir.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, yaralı baş həkimin müavini və xəstəxana katibinin vəziyyəti ağırdır.

Xuraman Etibarlı

İnterpress.az