Atəşkəsin əldə edilməsindən əvvəl Rusiya-Ukrayna münaqişəsinin uzunmüddətli həlli ABŞ Prezidenti Donald Tramp üçün prioritet olaraq qalır.
İnterpress.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Prezident Trampın prioriteti atəşkəsdən əvvəl dayanıqlı danışıqlar yolu ilə nizamlanma yolu ilə Rusiya və Ukrayna arasında müharibəyə son qoymaqdır”, – o, jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.